Uşakov: Putin və Vitkoffun söhbəti Rusiya və ABŞ-ı daha da yaxınlaşdırdı


Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff arasında aprelin 25-də Kremldə baş tutan söhbət təkcə Ukrayna ilə bağlı deyil, bir sıra digər məsələlərdə də Rusiya və ABŞ-ın mövqelərini yaxınlaşdırıb.

Turkustan.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.

“Söhbət bizə təkcə Ukrayna ilə bağlı deyil, bir sıra digər beynəlxalq məsələlərdə də Rusiya və ABŞ-ın mövqelərini daha da yaxınlaşdırmağa imkan verdi".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ