Tramp 3-cü dönəmə hazırlaşır: 2028 papaq və köynəkləri satışa çıxarıldı - FOTOLAR


4 illik fasilədən sonra 2025-ci il yanvarın 20-də Ağ Evə qayıdan və ikinci səlahiyyət müddətinə başlayan ABŞ prezidenti Donald Tramp konstitusiya baxımından mümkün olmasa da, 2028-ci il seçkilərində yenidən namizəd ola biləcəyi mesajını vermişdi.

Turkustan.az xəbər verir ki, aprelin əvvəlində üçüncü müddətə ABŞ prezidenti olmaq istədiyini açıqlayan və "zarafat etmədiyini" vurğulayan Trampın seçki komandası işə başlayıb.

Trampın rəsmi seçki kampaniyası saytı “Tramp 2028” yazılmış papaq və köynəklərin satışına başlayıb. Onlayn satışlarda köynəklərin 36 dollara, papaqların isə 50 dollara satıldığı görülüb.

Satışa çıxarılan məhsulda belə yazılıb: "Gələcək daha parlaq görünür! Gəlin, yeni Trump 2028 köynəkləri ilə qaydaları yenidən yazaq".

Donald Trampın oğlu Erik Tramp da sosial media hesabında papaqla çəkilmiş şəklini paylaşaraq “Heç vaxt heç vaxt demə” deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ