Tramp: Rusiya-Ukrayna prosesi olduqca “kövrək” dir


ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna sülh razılaşması prosesini mümkün qədər tez irəli aparmaq istədiyini, lakin vəziyyətin “kövrək” olduğunu deyib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna sülh razılaşması prosesini mümkün qədər tez irəli aparmaq istədiyini, lakin vəziyyətin “kövrək” olduğunu deyib.

"Biz 5 min insanı xilas etmək üçün bu müharibədən çıxmağa çalışacağıq. Əgər bunu edə bilsəm, bu, böyük şərəf olardı. Bununla bağlı son tarix yoxdur. Sadəcə, bunu mümkün qədər tez etmək istəyirəm"- Tramp deyib.

Amerikanın “Time” jurnalına verdiyi müsahibədə Tramp Ukraynanın heç vaxt NATO-ya üzv olacağını düşünmədiyini bildirib və bu ehtimalın Rusiya-Ukrayna müharibəsinə səbəb olan faktor olduğunu qeyd edib.

Krımın qeyri-qanuni olaraq Rusiyaya ilhaq edildiyi dövrdə Barak Obamanın yerinə prezident olsaydı, bu hadisənin baş verməyəcəyini iddia edən Tramp, "(Krımı) asanlıqla əlimdən ala bilərdimi? Xeyr, alına bilməzdi. Prezident olduğum müddətdə belə bir şey olsaydı, Krım alınmazdı" deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ