Trampdan Zelenskiyə MESAJ: “Krım Rusiyanın tərkibində qalacaq”


Donald Tramp Kiyevi Ukraynada münaqişənin alovlanmasında əsas günahkar adlandırıb.

Turkustan.az xəbər verir ki, Donald Tramp “Time” nəşrinə müsahibəsində bu barədə danışıb.

ABŞ prezidentinin sözlərinə görə, münaqişə Ukraynanın NATO-ya daxil olmaq planları ilə bağlı olub. Üstəlik Tramp Ukraynanın nə vaxtsa alyansa üzv olacağına şübhə etdiyini bildirib.

Tramp müsahibəsində prezidentliyi dövründə Ukraynada sülhə nail olmağı mümkün hesab edib. Eyni zamanda, o qeyd edib ki, Krım Ukraynadakı vəziyyətin nizamlanması üzrə sövdələşmənin bir hissəsi kimi Rusiyanın tərkibində qalacaq və Zelenski bunu başa düşür.

Trampın istədiyi razılaşma isə cəbhə xəttində münaqişənin dondurulmasını nəzərdə tutur. O qeyd edib ki, Rusiya son nəticədə Ukrayna ərazisinin təxminən 20%-ni ala bilər. Eyni zamanda ABŞ prezidenti etiraf edib ki, onun münaqişənin bir gündə başa çatması ilə bağlı dediyi sözlər şişirtmə və ifadə xarakteri daşıyır./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ