Balaşixada avtomobilin partladılması nəticəsində həlak olan şəxs Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin (GOD) rəis müavini, general-leytenant Yaroslav Moskalikdir.
Turkustan.az xəbər verir ki, bu barədə TASS-a Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
"İlkin məlumata görə, partlayış nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini general-leytenant Yaroslav Moskalik həlak olub", - o deyib.
Onun sözlərinə görə, partlayış qəlpələrlə dolu əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində baş verib.
Partlayış yerində partlayıcı maddələr üzrə mütəxəssislər işləyir. TASS müxbirinin verdiyi məlumata görə, qəza yerinə bomba zərərsizləşdirilməsi xidmətinin maşını gəlib. Xidmətin mütəxəssisləri işə başlayıb. Hadisə yeri mühasirəyə alınıb.
Rusiya Federasiyasının İstintaq Komitəsi Art bəndində nəzərdə tutulmuş cinayətlər əsasında cinayət işi açıb.
Yaroslav Moskalik Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavinidir. Onun 59 yaşı var idi. Müxtəlif danışıqlar proseslərində Müdafiə Nazirliyinin nümayəndəsi olub.
Aytən Yaşar/ Turkustan.az