TƏCİLİ: Rusiyada partlayış: Yüksək vəzifəli məmur öldü


Moskvada yüksək rütbəli rusiyalı məmur avtomobilin partlaması nəticəsində ölüb.

Turkustan.az xəbər verir ki, Rusiya mətbuatı Moskvanın Balaşixa rayonunda baş verən partlayışda ölən şəxsin Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Yaroslav Moskalik olduğunu yazıb.

Yerli media park edilmiş avtomobilə yerləşdirilən bombanın uzaqdan işə salındığını iddia edib.

"Partlayıcı qurğunun fraqmentləri hadisə yerində aşkar edilib və ekspertizaya göndəriləcək"- deyə, fövqəladə hallar xidməti bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ