ABŞ prezidenti Donald Trampın artan təzyiqləri fonunda Ukrayna Rusiya ilə sülh sazişində qismən ərazi güzəştlərinə getməyə məcbur ola bilər.
Turkustan.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko “BBC Radio 4”-ə danışıb.
"Ssenarilərdən biri ərazilərdən imtina etməkdir. Bu ədalətsizlikdir. Ancaq sülh, müvəqqəti sülh üçün bu, müvəqqəti həll yolu ola bilər", - mer deyib.
Eyni zamanda, Kliçko bildirib ki, Zelenski “ağrılı qərar” qəbul etməyə məcbur olsa belə, ölkə vətəndaşları Rusiyanın itirilmiş ərazilər üzərində nəzarətini tanımayacaq.
Kiyev meri prezidentin onunla mümkün nizamlanmanın hər hansı detallarını müzakirə edib-etmədiyi ilə bağlı suala mənfi cavab verib. "Bu, mənim funksiyama aid deyil", - Kliko vurğulayıb./publika.az