Ağ Evin sözçüsü Karolin Leavitt keçirdiyi mətbuat konfransında ABŞ prezidenti Donald Trampın mayın 13-16-da Yaxın Şərq turuna çıxacağını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Donald Tramp Yaxın Şərq turu çərçivəsində Səudiyyə Ərəbistanına, Qətərə və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.
Reuters-in altı müxtəlif mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Səudiyyə Ərəbistanı hökumətinə 100 milyard dollarlıq silah satışı təklif etməyə hazırdır.
Yanvar ayında ABŞ prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman arasında telefon danışığı zamanı iqtisadi məsələlər gündəmə gəlib.
Aytən Yaşar/ Turkustan.az