Livan Rəyasət Heyətindən verilən yazılı açıqlamaya görə, prezident Cozef Aun paytaxt Beyrutun şərqindəki Baabda sarayında UNITAR-ın Sülh Departamentinin direktoru Evariste Karambizini qəbul edib.
Turkustan.az xəbər verir ki, görüş zamanı UNITAR-ın bəzi ölkələrə, o cümlədən Livana avadanlıq, logistika və təlim sahələrində göstərdiyi dəstək müzakirə edilib.
Karambizi, UNITAR-ın Livan ordusuna 17 milyon avro dəstək verəcəyini və bu məbləğin ölkənin cənubunda təyin olunacaq 4500 əsgərin təlimi və təchizatı üçün istifadə edilə biləcəyini bildirib.
Karambizi bunun məqsədinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğun olaraq ordunun yerləşdirildiyi cənub bölgələrində sabitliyi təmin etmək olduğunu vurğulayaraq, Livana başqa yardımların da edilə biləcəyinə diqqət çəkib.
Livan prezidenti Aun da ölkəsini dəstəklədiyi üçün UNITAR-a təşəkkür edib.
Bildirək ki, İsrail və Livan arasında 27 noyabr 2024-cü ildə əldə edilən atəşkəs razılaşmasına baxmayaraq, İsrail razılaşmanı tez-tez pozur.
Aytən Yaşar/ Turkustan.az