Livan prezidenti Cozef Aun İsraili cənubda tutduğu nöqtələrdən tez bir zamanda geri çəkilməyə çağırıb.
Turkustan.az xəbər verir ki, Livan Rəyasət Heyətindən verilən yazılı açıqlamaya görə, Aun, Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülh Qüvvələrinin (UNIFIL) missiyasının rəhbəri və komandanı general Aroldonu paytaxt Beyrutun şərqindəki Baabda sarayında qəbul edib.
Ölkənin cənubundakı hadisələrin müzakirə edildiyi görüşdə Aun Livan ordusunun İsrailin geri çəkildiyi bütün şəhərlərdə yerləşdirmə prosesini tamamladığını bildirib.
Livan ordusunun cənub bölgələrini mina və silahlardan təmizləmək üçün səylərini davam etdirdiyinə diqqət çəkən Avn: "İsrailin cənubda 5 nöqtədə davam etdirdiyi işğala ən qısa zamanda son qoyulmalıdır. Qəsəbə sakinlərinin geri qayıtması ancaq cənub sərhədlərində təhlükəsizlik və sabitliyin təmin edilməsi ilə mümkün olacaq" deyib.
Hökumətin alınan qərara uyğun olaraq cənuba 4500 əlavə əsgər göndərilməsi üçün səylərini davam etdirdiyini bildirən Avn, Livan ordusu və UNIFIL ilə əməkdaşlıqda Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMGK) 1701 saylı qətnaməsini ölkənin cənubunda həyata keçirəcəklərini bildirib.
Prezident Aun xaricə səfərləri zamanı cənubda təhlükəsizliyin təmin edilməsi üçün Livan ordusundan dəstək istədiyini və dost ölkələrin bu istəklərə müsbət cavab verdiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az