Çin hökuməti Boeing-dən aldığı bəzi sərnişin təyyarələrini ABŞ-a geri göndərmək qərarına gəldiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, ABŞ-da yerləşən təyyarə istehsalçısı “Boeing” şirkətinin baş direktoru Kelli Ortberq Çin hava yollarına təhvil verilməsi planlaşdırılan iki təyyarənin geri qaytarıldığını, üçüncü təyyarənin isə qısa zamanda geri göndəriləcəyini açıqlayıb. Ortberg bu il Çinə göndərilməsi planlaşdırılan cəmi 50 təyyarənin tədarüklərinin ləğv edilmə riski ilə üzləşdiyini və Çinli müştərilərin onları almaq istəmədiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az