Trampdan çağırış: “Putin, dayan!”


ABŞ Prezidenti Donald Tramp Rusiya ordusunun Ukraynaya, o cümlədən Kiyevə qarşı kütləvi hücumunu tənqid edib.

Turkustan.az xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində yazıb.

“Rusiyanın Kiyevə endirdiyi zərbələrdən narazıyam. Bu hücumlar çox vaxtsızdır. Vladimir Putin, dayan! Hər həftə 5 min əsgər ölür. Gəlin, sülh müqaviləsi bağlayaq!”, – Ağ Ev sahibi qeyd edib.

Xatırladaq ki, aprelin 24-nə keçən gecə Rusiya hərbçiləri Kiyev də daxil olmaqla, Ukraynanın səkkiz bölgəsinə geniş raket və pilotsuz təyyarə zərbələri endirib. Nəticədə 9 nəfər ölüb, 90 nəfər yaralanıb, onlardan 44-ü xəstəxanalardadır. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ