Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin TASS-a bildirib ki, Vladimir Zelenskinin taleyi ilə bağlı müxtəlif mümkün ssenarilər var.
Turkustan.az xəbər verir ki, Narışkin Zelenskinin Kiyevdən qaçmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib. “Mən ancaq güman edə bilərəm ki, Zelenskinin planları və taleyi baxımından hər cür variantın olması mümkündür”.
Fevral ayında Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu “NATO qərargahının Zelenskini gözdən salmaq üçün genişmiqyaslı əməliyyat hazırladığını” bildirmişdi .
Aytən Yaşar/ Turkustan.az