Məşhur türkiyəli müğənni xəstəxanaya yerləşdirildi


Qısa müddətdə anasını, ögey anasını və yaxın dostunu itirən Mahsun Kırmızıgül keçirdiyi gərgin stressdən sonra ürək döyüntüsü şikayəti ilə xəstəxanaya gedib.

Turkustan.az xəbər verir ki, səhnədə Volkan Konakın infarkt keçirməsi ilə sarsılan sənətçi öz səhhətini də laqeyd qoymayıb, edilən testlərdə heç bir problem aşkarlanmayıb.

Sənətçinin müayinələrdən sonra xəstəxanadan çıxmazdan əvvəl səhiyyə işçilərinin xatirə şəkli çəkdirmək istəyini geri çevirmədiyi bildirilib. Son zamanlar yaşadığı itkilərlə gündəmdə olan Mahsun Kırmızıgülün bir müddət dincəlməklə mənəviyyatını bərpa etməyə çalışacağı öyrənilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ