TASS: Türkiyə və Rusiya görüşünün tarixi bəlli oldu


Türkiyə və Rusiya xarici işlər nazirlərinin müavinləri aprelin 25-də İstanbulda Yaxın Şərq üzrə məsləhətləşmələr aparacaqlar.

Turkustan.az xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

"25 aprel 2025-ci il tarixində İstanbulda Türkiyə və Rusiya Federasiyası arasında Yaxın Şərq üzrə nazir müavinləri səviyyəsində məsləhətləşmələr keçiriləcək. Məsləhətləşmələrdə Türkiyəni xarici işlər nazirinin müavini Nuh Yılmaz, Rusiya tərəfdən isə xarici işlər nazirinin müavini Mixail Boqdanov təmsil edəcək. Məsləhətləşmələr zamanı Suriya və xüsusilə regional məsələlərlə bağlı hərtərəfli fikir mübadiləsi aparılacağı gözlənilir.”-deyə, mənbə bildirib.

O, həmçinin əlavə edib ki, “Rusiya Federasiyası Yaxın Şərqdəki hadisələr kontekstində Türkiyənin məsləhətləşmələrinə böyük əhəmiyyət verdiyi bir ölkədir”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ