Fələstin lideri HƏMAS-ı təhqir etdi: Köpəklər, İsrailə bəhanə verməyi dayandırın!


Fələstin prezidenti Mahmud Abbas qəzəbli çıxışında HƏMAS-ı "it oğulları" kimi xarakterizə edərək girovları azad edərək, tərksilah edərək və Qəzzaya nəzarəti Fələstin Administrasiyasına təhvil verməklə İsraillə müharibəni dayandırmağa çağırıb.

Turkustan.az xəbər verir ki, Abbas HƏMAS-ın Qəzzaya hücumlarını davam etdirmək üçün İsrailə “bəhanələr” verdiyini deyib və Həmasdan “girovları azad edib bu işi bitirməyi” deyib.

Abbas: "Həmas cinayətkar İsrailə Qəzza zolağında törətdiyi cinayətlərə görə bəhanələr verdi, girovlar bunlardan ən əsası idi. İt oğulları, əlinizdə kim varsa, dərhal buraxın və bu işi bitirin. Bəhanələri kəsin!" deyə, əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ