Zelenski Ukraynaya hücumlara görə səfərdən yarımçıq qayıdır


Ukrayna prezidenti Volodimir Zelenski Telegram hesabında verdiyi açıqlamada Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə intensiv raket və PUA hücumları həyata keçirdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Zelenski hücumlar nəticəsində paytaxt Kiyevdə 9 nəfərin həyatını itirdiyini, ölkə daxilində isə 80-dən çox adamın yaralandığını qeyd edib.

Rusların ballistik raketlər də daxil olmaqla 70-ə yaxın müxtəlif tipli raket və 150 ​​PUA ilə hücuma keçdiyini bildirən Zelenski: "Təəssüf ki, çoxlu dağıntı var. Binaların dağıntılarının çıxarılması üçün xilasetmə işləri davam edir" deyib.

O, bu gün Cənubi Afrika Respublikasında rəsmi danışıqlar apardığını xatırladaraq, prezident Siril Ramafosa ilə görüşəcəyini və ona sülh yolunda göstərdiyi səylər barədə məlumat verəcəyini bildirib.

"Mən bu səfər proqramının bir hissəsini ləğv edirəm və Cənubi Afrika prezidenti ilə görüşdən sonra dərhal Ukraynaya qayıdacağam".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ