ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq İngiltərənin paytaxtı Londonda keçirilən Ukrayna sülh danışıqlarının müsbət keçdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Kelloq İngiltərə, Fransa və Almaniyadan ibarət E3 ölkələri ilə ABŞ və Ukrayna nümayəndələri arasında dünən keçirilən görüşlə bağlı X sosial media platformasındakı hesabından açıqlama verib.
Kelloq Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak, xarici işlər naziri Andrii Sybiha və müdafiə naziri Rustem Umerovun iştirak etdiyi görüşün müsbət keçdiyini və Trampın “Rusiya-Ukrayna müharibəsi ilə bağlı direktivini” davam etdirməyin vaxtının gəldiyini bildirib.
O deyib ki, Trampın planı qətllərə son qoymaq, sülhə nail olmaq və ABŞ-ı daim birinci etməkdir.
Aytən Yaşar/ Turkustan.az