Suriya lideri Rusiyadan Əsədi istəyib – Putinin cavabı


Yanvarda Suriyanın yeni hökuməti Rusiya rəhbərliyindən devrilmiş prezident Bəşər Əsədin ekstradisiyasını xahiş etsə də, Kreml bundan imtina edib.

Turkustan.az xəbər verir ki, bu barədə “The New York Times” qəzetinə müsahibəsində Suriyanın keçid hökumətinin prezidenti Əhməd əl-Şara deyib.

Prezidentin sözlərinə görə, Suriya administrasiyasının Rusiya ilə münasibətləri kəsmək niyyətində deyil. Çünki Suriya silahlarının əksəriyyəti Rusiyada istehsal olunub və ölkə böyük ölçüdə Rusiyanın ərzaq və enerji təchizatından asılıdır:

“Bizim Suriyanın bu əsas maraqlarını nəzərə almaq öhdəliyimiz var”.

Xatırladaq ki, “Reuters” də yanvar ayında yeni hökumətin Əsədin ekstradisiyasını istəmək niyyətində olduğunu bildirmişdi. Məlumat daha sonra “Əl Ərəbiyyə” və “Əl Hadath” mənbələri tərəfindən təsdiqlənsə də, Dəməşqdən rəsmi təsdiq yalnız indi alınıb./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ