Rusiyada falçıya gedənlər cərimə ödəməli olacaqlar.
Bir dəfə falçıya getmək 100 min rubl cərimə deməkdir. Rusiya Patriarx şəxsən Prezident Putindən sehrbazları, tarot kartı oxuyanları və falçılara qadağa qoymağı xahiş edib.
Turkustan.az bu barədə “Кремлевская табакерка” “Telegam” kanalna istinadə yazır.
Rus Kilsəsinin rəhbəri öz xahişini Prezident Putin və Serb Patriarxı Porfiri ilə görüşündə bildirib.
"Vladimir Vladimiroviç, Rusiyanın ənənəvi dəyərlərinin möhkəmləndirilməsi istiqamətində göstərdiyiniz səylərdən xəbərim var. Sizdən xahiş edirəm ki, cəbhədə hərbçilər arasında bir dənə də olsun bütpərəst qalmasın. Rusiyada sehrbazlar, falçılar, tarotçular və şeytan kultlarının digər nümayəndələri qəti şəkildə qadağan olunsun", - patriarx bildirib.
“Putin bu məsələyə baxacağına söz verib. O, artıq primatdan belə bir xahiş almışdı, lakin bu dəfə o, patriarxın bütün arqumentlərini şəxsən dinlədi”,-deyə bildirilir.
Yada salaq ki, Rus Pravoslav Kilsəsinin rəhbəri kifayət qədər uzun müddət əvvəl cəbhə xəttində neopqanizmlə mübarizə elan edib. O, əvvəllər bütpərəst fikirlərə sadiq qalan hərbi qulluqçulara “dualarla, ikonalarla, müqəddəs reliktlərlə mənəvi rəftar edilməsini və əgər bu kömək etməsə, intizam tənbehi tətbiq edilməsini” təklif edib.
Eyni zamanda, Patriarx Kirill falçıların, sehrbazların, tarot oxuyanları 5 il və ya daha çox həbs cəzası ilə cəzalandırılmasını istəyir. Onların xidmətlərindən istifadə edən vətəndaşlar 100 ilə 300 min rubl arasında cərimələnəcəklər.Müvafiq təkliflər də Prezident Putinə təqdim olunub. /Cebheinfo.az/