ABŞ-ın Arizona, Kolorado, Konnektikut, Delaver, İllinoys, Men, Minnesota, Nevada, Nyu Meksiko, Nyu-York, Oreqon və Vermont ştatları yüksək gömrük rüsumlarının ləğvi üçün məhkəmələrə müraciət ediblər.
Turkustan.az xəbər verir ki, ABŞ-ın Nyu Yorkdakı Beynəlxalq Ticarət Məhkəməsində açılan iddiada ştatlar, Tramp administrasiyasının yüksək tarif siyasətlərinin qeyri-qanuni olduğunu və bu tətbiqlərin Amerika iqtisadiyyatına xaos gətirdiyini iddia edir.
Gömrük vergilərinin amerikalılara qeyri-qanuni tətbiq edildiyi iddia edilən petisiyada Tramp administrasiyasının “konstitusiya quruluşunu alt-üst etdiyi” iddia edilib və “gömrük rüsumu” praktikasına son qoyulması tələb edilib.
Aytən Yaşar/ Turkustan.az