Rusiya raket və pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın paytaxtı Kiyev şəhərinə hücum edib.
Turkustan.az-ın məlumatına görə, Ukrayna Xilasetmə Xidməti bildirib ki, gecə baş verən hücum zamanı 9 nəfər ölüb.
Zərbələr nəticəsində 63 nəfər xəsarət alıb, 6-sı uşaq olmaqla 42 nəfər xəstəxanaya yerləşdirilib.
Xilasedicilər yaşayış binalarının dağıntıları altında olan insanların axtarışlarını davam etdirdiklərini bildirirlər.
Fövqəladə Hallar Dövlət Xidmətinin yazdığına görə, qarajlarda, eləcə də bəzi inzibati və qeyri-yaşayış binalarında yanğınlar baş verib. /modern.az/