Türkiyənin İstanbul şəhərində bu gün günorta saatlarında baş verən zəlzələ nəticəsində 236 nəfər xəsarət alıb.
Turkustan.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Kamal Memişoğlu mətbuat konfransında bildirib.
Səhiyyə Nazirliyi rəhbərinin sözlərinə görə, insanlar təşviş içində təxliyyə etmək istəyən zaman xəsarət alıblar.
"Ümumilikdə 236 vətəndaş təşviş, yıxılma və tullanma nəticəsində xəsarət alması kimi səbəblərlə tibbi yardıma müraciət edib. Böyük əksəriyyətinə ambulator şəraitdə tibbi yardım göstərilib. Onların hamısının vəziyyəti qənaətbəxşdir, müalicəsi davam etdirilir"-deyə, nazir bildirib.
O qeyd edib ki, o cümlədən İstanbulda 173, Tekirdağ və Sakaryada 24, Yalovda 2, Bursada 3 nəfər həkimə müraciət edib.
Eyni zamanda, zəlzələ ilə əlaqədar İstanbulda məktəblərdə növbəti iki gündə dərslər ləğv edilib.
Aytən Yaşar/ Turkustan.az