O, Krımı istəyirsə, niyə 11 il əvvəl bunu etmədi? - Tramp


Krım illər əvvəl, Prezident Barak Obamanın himayəsi altında itirilib və müzakirə mövzusu da deyil.

Turkustan.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

O, Ukrayna Prezidenti Vladimir Zelenskinin Krımın işğalını hüquqi olaraq tanımayacaqlarına dair açıqlamasına istinad edərək, bu bəyanatın Rusiya ilə aparılan sülh danışıqlarına xələl yetirdiyini bildirib:

“Heç kim Zelenskidən Krımı Rusiya ərazisi kimi tanımasını tələb etmir. O, Krımı istəyirsə, niyə on bir il əvvəl Rusiyaya atəş açılmadan təhvil veriləndə onun uğrunda mübarizə aparmadı? Ərazidə həmçinin Obama tərəfindən təhvil verilməzdən uzun illər əvvəl Rusiyanın əsas sualtı bazaları da olub. Məhz Zelenskinin bu açıqlaması kimi qızışdırıcı bəyanatlar müharibənin həllini çətinləşdirir. Onun öyünmək üçün bir şeyi yoxdur. Ukrayna üçün vəziyyət ağırdır. O, ya sülh əldə edə bilər və ya bütün ölkəni itirənə qədər daha üç il mübarizə apara bilər”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ