ABŞ prezidenti Donald Tramp Ukraynada atəşkəs üçün heç vaxt son tarix təyin etməyib və Rusiya da belə bir addımın yersiz olacağına inanır.
Turkustan.az xəbər verir ki, bunu Fransanın “Le Point” jurnalına müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib .
"Tramp heç vaxt heç bir tarix göstərməyib. Və son tarix təyin etməyin məqsədəuyğun olacağını düşünmürük. Çünki Putin atəşkəsi dəstəkləyir", - Peskov bildirib. Putinlə amerikalı həmkarı arasında mümkün görüşlə bağlı sualı cavablandırarkən qeyd edib ki, hər ikisi “nəticə əldə etmək istəyir”. "Bu, məhsuldar görüş olmalıdır. Ona görə də hazırlıq işləri gedir"-deyə, o bildirib.
Rusiya liderinin mətbuat katibi vurğulayıb ki, Rusiya-Amerika münasibətlərinin bərpası və Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlar “tamamilə fərqli iki məsələdir”. “Lakin Vaşinqton və Moskva arasında normal münasibətləri bərpa etmədən Ukrayna ilə münaqişənin həlli mümkün deyil”- o əlavə edib.
Aytən Yaşar/ Tutkustan.az