ABŞ administrasiyası hesab edir ki, Volodimir Zelensky Ukraynada sülhə doğru deyil, əks istiqamətdə hərəkət edir.
Turkustan.az xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin mətbuat katibi Karolin Levitt məlumat verib.
"ABŞ prezidenti Donald Tramp məyusdur. Onun səbri tükənir. O, sülh görmək istəyir. Ancaq təəssüf ki, prezident Zelenski yanlış istiqamətdə hərəkət edir"-deyə, o bildirib.
Aytən Yaşar/ Turkustan.az