Tramp: Çinlə ədalətli razılaşma əldə edəcəyik


ABŞ prezidenti Donald Tramp bir çox ölkə ilə tariflərlə bağlı danışıqların aktiv şəkildə davam etdiyini ifadə edərək, "Çin ilə ədalətli bir razılaşma əldə edəcəyik" dedi.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp Ağ Evin bağçasında keçirdiyi sürpriz brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

Tramp Çin, Avropa Birliyi (AB) və digər ölkələrin ABŞ-ı tariflərlə istismar etdiyini müdafiə edərək, "O günlər bitdi. Bu ölkə artıq ticarətdən pul itirməyəcək" deyib.

Hazırda bir çox ölkə ilə gömrük və ticarət müqavilələri bağlamaq üçün aktiv müzakirələr apardıqlarını qeyd edən Tramp, bu danışıqların sonunda bir çox razılaşmalara imza atacaqlarını və bu razılaşmaların həm ABŞ, həm də digər ölkələr üçün ədalətli olacağını bildirib.

"Biz Çinlə ədalətli müqavilə bağlayacağıq. Ədalətli olacaq. Hazırda hər şey (danışıqlar) aktivdir. Hamı bizim gördüyümüz işin bir hissəsi olmaq istəyir"-deyə, ABŞ lideri bildirib.

Tramp bu razılaşmalar sayəsində ölkədəki gəlirləri artıracaqlarını və öz vətəndaşlarının ödədiyi vergiləri azaldacaqlarını vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ