İstanbul təhlükədədir: Naci Görürdən SON DƏQİQƏ zəlzələ xəbərdarlığı


Xəbər verdiyimiz kimi, İstanbulda Silivri sahillərində ard-arda zəlzələ baş verib.

Turkustan.az xəbər verir ki, ilk olaraq 3,9 bal gücündə zəlzələ meydana gəlib, daha sonra yeraltı təkanlar 6,2 bal gücündə olub. Ardınca 4,5, 4,9 və 4.5 bal gücündə zəlzələ baş verib.

Professor Naci Görür Mərmərə dənizində baş verən ardıcıl zəlzələlərlə bağlı açıqlama verib.

"Saat 12:00 radələrində Silivri sahillərində ilk olaraq 4.0 bal gücündə zəlzələ baş verdi. Zəlzələ Kumburqaz Fay zonasındadır. Bu qırılma xətti kilidlidir, enerji toplayır. Həm də kiçik zəlzələlərə səbəb olur. Yeri məlumdur, diqqətli olmaq lazımdır. Kumburqaz Fayı yüklənir", - professor qeyd edib./publika.az


MANŞET XƏBƏRLƏRİ