Türkiyənin əsas müxalifət qüvvəsi sayılan Cümhuriyyət Xalq Partiyasının (CHP) hazırda həbsdə olan üzvü, İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlu Almaniyanın yeni seçilmiş hökumətinə müraciət edib.
Turkustan.az xəbər verir ki, İmamoğlu bununla bağlı sosial şəbəkədə paylaşım edib.
O, Almaniya hökumətini, özünün həbsinə görə Türkiyəyə Avropanın “Eurofighter” qırıcılarının satılması qərarına veto qoymağa çağırıb.
“Xahiş edirəm qərarınızı dəyişdirin”, – İmamoğlu yazıb.
Xatırladaq ki, İmamoğlu mart ayında həbs edilib. O, rüşvətxorluqda ittiham olunur./publika.az