2022-ci ilin fevralından bu yana 300-400 min insan səfərbərlikdən yayınmaq üçün Ukraynadan qaçıb.
Turkustan.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Ruslan Qorbenko bildirib.
Onun sözlərinə görə, 2022-ci ilin fevral ayının sonunda xaricdə bir milyona yaxın Ukrayna vətəndaşı olub və onlar vətənlərinə qayıtmayıblar. O dəqiqləşdirib ki, hazırda ölkədə könüllülər adı altında hərbi xidmətdən yayınanların xaricə getməsinə şərait yaradan məmurlar var.
Qorbenko buna misal olaraq Kiyev merinin müavini Vladimir Prokopivə qarşı açılan cinayət işini göstərib. Müstəntiqlərin fikrincə, həmin şəxs Ukrayna ordusu üçün humanitar yardım və yanacaq daşımaq adı altında ukraynalıların Aİ ölkələrinə getməsini təşkil edib./publika.az