İran-ABŞ görüşü təxirə salındı


İran ABŞ ilə bu gün Omanda keçiriləcək ekspertlər səviyyəsində texniki danışıqların aprelin 26-na qədər təxirə salındığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi məsələ ilə bağlı açıqlama verib.

Bekayi bildirib ki, Omanın təklifi və İran və ABŞ nümayəndə heyətlərinin razılığı ilə iki tərəf arasında dolayı danışıqlar çərçivəsində bu gün keçirilməsi planlaşdırılan ekspertlər səviyyəsində texniki danışıqlar iki ölkənin nümayəndə heyətləri başçılarının iştirakı ilə aprelin 26-na təxirə salınıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ