ABŞ prezidenti Donald Tramp Çinə tətbiq olunacaq gömrük rüsumunun 145 faiz qədər yüksək olmayacağını, əksinə əhəmiyyətli dərəcədə azaldılacağını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Çinlə çox yaxşı münasibətlər quracaqlarını bildirən ABŞ prezidenti Çinin razılaşmadığı təqdirdə müqavilə bağlayacaqlarını bildirib.
"Başqa ölkələr sövdələşmələr bağlamalıdırlar. Əgər onlar bunu etməsələr, biz müqavilə bağlayacağıq. Çünki müqavilə bağlayan bizik. Skott Bessent, Hovard və mən"-deyə, Tramp bildirib.
Çinə qarşı sərt hərəkət edib-etməyəcəyi sualına Tramp “yox” cavabını verib.
O, ABŞ Mərkəzi Bankının (FED) sədri Cerom Pauellə bağlı sualları da cavablandırıb.
Tramp faiz dərəcələrini endirmədiyinə görə tənqid etdiyi Paueli işdən çıxarmaq fikrində olmadığını, lakin onun faiz dərəcələrinin aşağı salınmasında daha fəal olmasını istədiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az