Zelenskidən Londonda elə bir güzəştlər istəniləcək ki...


Amerika nümayəndə heyətinin Böyük Britaniyaya danışıqlara gəlməsi Ukrayna üçün tələ ola bilər. Kiyevin müttəfiqləri bundan yayınmaq istəyirlər.

Turkustan.az xəbər verir ki, bunu “İndependent” nəşrində dərc olunan məqalədə bildirilib.

Qeyd olunub ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi çətin bir vəzifə ilə üzləşəcək. O, Kiyevi tələyə salmamaq üçün ABŞ-ın “ən böyük diplomatik silahlarını” öz tərəfində saxlamalıdır.

Bildirilib ki, ABŞ nümayəndələri Londona danışıqlar aparmaq üçün deyil, Moskva üçün sərfəli olan tələbi irəli sürmək üçün gəlirlər:

"Çox güman ki, Zelenskidən Kremlin Krım üzərində faktiki hakimiyyətini tanıması, Ukraynanın heç vaxt NATO-ya üzv ola bilməyəcəyi ilə razılaşması və ümumiyyətlə, Putinin tanklarının tırtılları altına itaətkarcasına yuvarlanmaq istəniləcək".

Qeyd edək ki, bu gün Ukrayna, Böyük Britaniya, Fransa və ABŞ nümayəndələrinin iştirakı ilə Londonda Ukrayna üzrə danışıqların keçiriləcəyi gözlənilir. /axar.az/


MANŞET XƏBƏRLƏRİ