Rusiya prezidenti Vladimir Putin cəbhə xəttində döyüşlərin dayandırılmasını təklif edib.
Turkustan.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) üç mənbəyə istinadən məlumat yayıb.
O, ABŞ prezidenti Donald Tramp tərəfindən təklif olunan sülh sazişinin bir hissəsi olaraq bu təklifi irəli sürüb.
Qəzet qeyd edir ki, təklif Vladimir Putinlə ABŞ prezidentinin nümayəndəsi Stiv Vitkoff arasında aprelin 11-də Sankt-Peterburqda keçirilən görüş zamanı edilib.
Moskva Ukraynanın nəzarəti altında olan dörd rayonun həmin ərazilərinə dair iddialarından imtina etməyə hazır olduğunu bəyan edib.
Qəzet vurğulayır ki, bu təklif Rusiyanın sülhün bərqərar olması üçün “maksimalist” şərtlərdən əl çəkməyə hazır olduğuna dair ilk rəsmi işarədir.
FT qeyd edir ki, bu görüşdən sonra ABŞ Ukrayna və Avropaya Krımın Rusiya kimi tanınmasını, eləcə də Rusiyanın döyüşlər zamanı əldə etdiyi əraziləri özündə saxlamasını ehtiva edən sülh planı təklif edib. /Modern.az/