Papanın üzüyü çəkiclə sındırılacaq - Səbəb bu imiş


Ötən gün vəfat edən Roma Papası Fransiskin üzüyü çəkiclə sındırılacaq.

Turkustan.az xəbər verir ki, bu haqda “Metro” yazır.

Məlumata görə, üzük xüsusi mərasim zamanı məhv ediləcək. Bu ona görə edilir ki, üzük ənənəvi olaraq məktubları mumla möhürləmək və pontifik sənədlərinə rəsmi möhür qoymaq üçün istifadə olunurdu. Beləliklə onun məhv edilməsi saxtakarlığın qarşısının alınmasına zəmanət verir. Balıqçı üzüyü kimi də tanınan bu zinət əşyası hər bir Papaya xasdır və onu köçürmək və ya çoxaltmaq olmaz. Bu üzüklər Roma Zərgərlər Gildiyasının üzvü olan ustalar tərəfindən dizayn edilib və hazırlanıb.

Papa Fransiskin üzüyünün sındırmaq vəzifəsinin Vatikanın ən güclü adamlarından birinə çevrilmiş irlandiyalı fəhlə ailəsindən olan kardinal Kevin Cozef Farrellə həvalə edildiyi bildirilir. Üzük sındırıldıqdan sonra təsbehlə birlikdə mərhumun tabutuna qoyulur. /Qafqazinfo/

"Cebheinfo.az"


MANŞET XƏBƏRLƏRİ