Birləşmiş Ştatlar çərşənbə günü Londonda Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə dair danışıqlarda Avropa ölkələrinə Krımın Rusiya kimi tanınmasını təklif edəcək.
Turkustan.az xəbər verir ki, bu barədə Vashington Post öz mənbələrinə istinadən məlumat yayıb.
Onların fikrincə, təklif mümkün sülh sazişi çərçivəsində veriləcək. Vaşinqton cəbhə xəttinin dondurulması məsələsini də qaldıracaq.
Qeyd olunur ki, ABŞ artıq ötən həftə Parisdə öz təkliflərini Ukraynaya təqdim edib. Bunlara Vaşinqtonun Krımı Rusiya ərazisi kimi rəsmən tanıması və gələcək sülh sazişinin bir hissəsi kimi Rusiyaya qarşı sanksiyaların sonda götürülməsi daxildir. Bunun müqabilində Moskva döyüş meydanında üstünlüyünə baxmayaraq, Ukraynada hərbi əməliyyatları dayandıracaq.
Aytən Yaşar/ Turkustan.az