Tramp: “Hər məsələdə Netanyahu ilə eyni tərəfdəyik”


ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə İran və ticarət də daxil olmaqla bir çox mövzunu müzakirə etdiklərini və bütün məsələlərdə eyni tərəfdə olduqlarını bəyan edib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp və İsrailin baş naziri Netanyahu Oval kabinetdə keçirdikləri görüşdə mətbuat mənsublarına gündəmə dair qiymətləndirmələr ediblər.

İsrailin görmək arzusunda olduğu "bu günə qədər ən yaxşı prezident" olduğunu deyən Tramp, "Belə olmaq mənim üçün şərəf olardı" dedi.

İran məsələsini ətraflı müzakirə etdiklərini bildirən Tramp, "Bu gün, açığı, İranla bağlı məsələləri müzakirə etdik. İranla birbaşa danışıqlarımız var, bunlar hazırda davam edir, danışıqlar şənbə günü də davam edəcək. Düşünürəm ki, hamı razılaşdı ki, razılaşmaya üstünlük verilir. Ümid edirəm ki, bu danışıqlar uğurlu olar"-deyə, bilidirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ