Fransanın xarici işlər naziri Jan-Noel Barrot bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsində Pasxa bayramı ilə əlaqədar müvəqqəti atəşkəs əldə etməsi ABŞ prezidenti Donald Trampı razı salmaq məqsədi daşıyan “marketinq əməliyyatı”dır.
Turkustan.az xəbər verir ki, Nazir Barrot, Xristian dünyasının ən mühüm dini bayramlarından biri olan və İsanın dirildiyinə inanılan günü simvolizə edən Pasxa bayramı səbəbiylə Moskva hökumətinin 19-22 aprel tarixləri arasında atəşkəs elan etmə qərarı ilə bağlı "France Info"-ya şərh verib.
Rusiya atəşkəsinin “iki ölkə arasında hələ nəticə verməyən sülh danışıqları üçün səylər göstərən ABŞ prezidenti Trampın səbirsiz və qəzəbli olmasının qarşısını almaq üçün” edildiyini müdafiə edən Barrot, mümkün sülh razılaşmasının nə vaxt ediləcəyi ilə bağlı barmağını Rusiyaya işarə etdi.
“Bu sualı (Rusiya prezidenti) Vladimir Putinə vermək lazımdır”. Barrot xatırladıb ki, ukraynalılar Rusiya-Fransa-İngiltərə təklifi əsasında dənizdə, havada və enerji infrastrukturunda atəşkəs təklif ediblər, lakin Moskva hökuməti bir aydan artıqdır ki, bu təklifə cavab vermir.
Fransa prezidenti Emmanuel Makron martın 3-də Böyük Britaniyanın baş naziri Keir Starmerlə Ukraynada hava, dəniz və enerji infrastrukturuna hücumları əhatə edən bir aylıq atəşkəs təklif etdiyini açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az