Vatikandan Papa postu: Onun açıq tabutdakı şəkli paylaşıldı


Vatikan dünən səhər saatlarında 88 yaşında vəfat edən katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransiskin açıq tabutunun ilk şəklini paylaşıb.

Turkustan.az xəbər verir ki, mərasim zamanı ölüm xəbəri ucadan oxunub. Bildiriş kardinal Farrell tərəfindən oxunub və mərasim təxminən bir saat davam edib.
Papa Fransiskin tabutunun Müqəddəs Pyotr Bazilikasında ictimaiyyətə nümayiş etdiriləcəyi gözlənilir.

Vatikan da Papanın dəfn mərasimi ilə bağlı təfərrüatları paylaşıb. Papa Fransiskin dəfn mərasimi 26 aprel şənbə günü saat 10:00-da Müqəddəs Pyotr Bazilikasında keçiriləcək.

Vatikan Roma Papası Fransiskin insult, koma və geri dönməz ürək çatışmazlığından öldüyünü bildirib.

Bundan əlavə, Papanın daha əvvəl kəskin tənəffüs çatışmazlığı, polimikrob ikitərəfli pnevmoniya, yüksək təzyiq və diabet kimi xəstəlikləri olduğu qeyd olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ