Baxçalıdan açıq mesaj: “Türkiyədə növbədənkənar seçkilər…”


Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı ölkədə ehtimal erkən seçkilərlə bağlı açıq mesaj verib.

Turkustan.az xəbər verir ki, o, sözügedən prosesin vaxtında keçiriləcəyini deyib.

“Növbədənkənar seçkilərin hay-küyü ilə partiyamızı müzakirə etməyə çalışan, kiçik beyinləri ilə ağıl verməyə cəhd edən o çürüklərin həvəsi əbəsdir”, – Baxçalı bildirib.

MHP lideri həmçinin PKK-ya da çağırış edib:

“Yaxın zamanda silahlar təhvil veriləcək, əhatəli və demokratik siyasətin pərdəsi açılacaq, heç vaxt bağlanmayacaq. Ən məqbul variant silahların Türkiyə dövlətinə təhvil verilməsidir”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ