İran: Amerika İranın trilyon dollarlıq imkanlarından yararlana bilər


İranın xarici işlər naziri Erakçinin mənzil-qərargahı Nyu-Cersidə yerləşən Karnegi Fondunda “Beynəlxalq Nüvə Siyasəti” mövzusunda verməsi planlaşdırılan çıxışı ləğv edilib.

Turkustan.az xəbər verir ki, Erakçinin konfrans verəcəyi xəbərinin ardınca İsrail lobbisinə bağlı qruplar konfransın ləğvi üçün kampaniyaya başladılar və proqramın ləğv olunduğu elanı diqqət çəkdi.

Həm İran tərəfi, həm də Karnegi Fondu bir-birini əvvəllər planlaşdırılan proqramı dəyişməkdə ittiham edib.

Erakçi daha sonra konfransda çatdıracağı mətni sosial media hesabında paylaşıb.

Mümkün razılaşmada ABŞ ilə iqtisadi əlaqələri xüsusilə vurğulayan Erakçi çıxışında: "İran ABŞ ilə iqtisadi və elmi əməkdaşlığa heç vaxt mane olmayıb. Əsl maneə, tez-tez müəyyən nüfuzlu dairələrin təsiri altında hərəkət edən ABŞ-ın əvvəlki administrasiyaları olub. Bu yaxınlarda "Washington Post"un səhifələrində də izah etdiyim kimi, Amerika şirkətləri İranın trilyonlarla dollarlıq imkanından yararlana bilər"-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ