Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin sözçüsü Laerke İsrailin 50 gündən artıqdır humanitar yardımı əngəllədiyi Qəzzada müharibə zamanı görülən “ən pis humanitar vəziyyətin” yaşandığını bildirib.
Turkustan.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Ofisinin həftəlik mətbuat konfransında BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (UNOCHA) sözçüsü Jens Laerke jurnalistin 50 gündən artıqdır Qəzzaya humanitar yardım axını yoxdur. Oradakı insanların vəziyyəti necədir? Onlar özlərini və uşaqlarını necə qidalandıra bilirlər? sualına cavab verib.
Dünənə qədər humanitar yardımın Qəzza zolağına çatmamasından 50 gün keçdiyini xatırladan Laerke kommersiya yardımlarının daha uzun müddətdir Qəzza zolağına çatmadığına diqqət çəkib.
"Qəzzada siz tam fəlakətə doğru açıq tendensiya görə bilərsiniz. Hazırda Qəzzada bu, yəqin ki, bütün müharibədə gördüyümüz ən pis humanitar vəziyyətdir"-deyə, Laerke bildirib.
Aytən Yaşar/ Turkustan.az