İsrail dövlət televiziyası KAN-da yayımlanan xəbərə görə, İsrail Hərbi Hava Qüvvələri İrana qarşı mümkün hücuma hazırlıq üçün təlim keçirir.
Turkustan.az xəbər verir ki, təlim İranın mümkün cavab tədbirləri üçün hazırlıqları da əhatə edir. İranın İsrailin hava bazalarına raket hücumu ilə bağlı ssenarilər təlimin mövzuları arasında olub.
Raket hücumunu simulyasiya edən İsrail ordusu 2024-cü ilin aprel və oktyabr aylarında İranın İsrailə qarşı həyata keçirdiyi hücumları əsas götürüb.
Reuters də bu yaxınlarda ABŞ prezidenti Donald Trampın hücumu təxirə salmasına baxmayaraq İsrailin təslim olmadığına dair bir xəbər paylaşmışdı.
Reuters-in İsrail rəsmilərinə istinadən verdiyi məlumata görə, İsrail hələ də hücum variantını istisna etməyib.
Hesabatda İsrailin hücum variantına hələ qərar vermədiyi və hücumun ABŞ-ın dəstəyini riskə ata biləcəyi qeyd edilib.
New York Times qəzeti Trampın İrana hücumun qarşısını aldığını iddia edib.
ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu və mətbuat mənsublarının suallarını cavablandırıb və İrana hücumun qarşısını almadığını, lakin buna tələsmədiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az