Ərdoğanın oğlu prezident olmaq istəyir? - Özü CAVABLADI


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Rusiyanın TASS agentliyinə müsahibə verib.

Turkustan.az-ın məlumatına görə. o, müsahibədə siyasi karyera ilə bağlı suala cavab verib.

"Sizin tərcümeyi-halınızı nəzərə alaraq, Türkiyənin lideri olmaq imkanını heç düşünmüsünüzmü? Bu mənada hər hansı siyasi ambisiyanız varmı?", - sualına cavab olaraq Bilal Ərdoğan siyasi ambisiyalarının olmadığını bildirib.

“Mənim siyasi ambisiyalarım yoxdur. Məndən bunu tez-tez soruşurlar, amma mən qeyri-hökumət sektorunda qalmaq, vətəndaş cəmiyyəti ilə işləmək, gəncləri onlara doğma olan məsələlərə görə məsuliyyət daşımağa ruhlandırmaq istəyirəm,” – deyə Bilal Ərdoğan qeyd edib.

Ərdoğan gənclərin sosial məsələlərə bağlılıq hissi olduqda, fəal olmalı olduqlarını vurğulayıb: “Nə kimi karyera seçmələrindən asılı olmayaraq, əgər onların hansısa sosial mövzuya güclü bağlılıq hissi varsa, onlar aktivist, dəyərlərin müdafiəçisi, vətəndaş cəmiyyətinin bir hissəsi olmalıdırlar.”

O, əsas fəaliyyət istiqamətinin təhsil layihələri olduğunu söyləyib: “Buna görə vaxtımın böyük hissəsini təhsil layihələrinə — məktəblərə, universitetlərə, təqaüd proqramlarına, akademik mükafatlara həsr edirəm. Ən istedadlı və parlaq insanları dəstəkləyirəm ki, onlar arzularını reallaşdıra bilsinlər.”

Bundan əlavə, Bilal Ərdoğan mədəniyyətin dirçəldilməsi və irsin qorunması ilə bağlı layihələrə də önəm verdiyini bildirib: “Həmçinin mədəniyyətin dirçəldilməsi, irsin qorunması və yeni nəsillərə ötürülməsi üzərində işləyirəm. Mən həyatımı məhz buna həsr etmək istəyirəm”. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ