Tramp Roma Papası Fransiskin dəfn mərasimində iştirak edəcək


ABŞ prezidenti Donald Tramp yanvarın 20-də başlayan ikinci dövrünün ilk xarici səfərində Papa Fransiskin dəfn mərasimində iştirak etmək üçün Romaya gedəcək.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp Truth Social hesabından verdiyi açıqlamada: "Melaniya və mən Romada Papa Fransiskin dəfn mərasimində iştirak edəcəyik. Orada olmağı səbirsizliklə gözləyirik"-deyə, bildirib.

Digər tərəfdən, bəzi sosial media istifadəçiləri və Demokratik hesabların Trampın “səbirsizliklə gözləyirik” açıqlamasının dəfn mərasiminə uyğun olmadığına dair tənqidlər səsləndirməsi diqqət çəkib.

Bildirək ki, Vatikan Papanın dünən yerli vaxtla saat 07.35-də 88 yaşında dünyasını dəyişdiyini açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ