Türkiyədə müxalif “İYİ” Partiyasını təmsil edən iki bələdiyyə sədri hakim Ədalət və İnkişaf Partiyasına (AK Partiya) keçib.
Bu barədə Türkiyə mətbuatı xəbər verir.
Hakim partiyaya keçən siyasətçilər Bursa Karacabey bələdiyyəsinin sədri Fatih Karabatı və onun Yenişəhərdən olan həmkarı Ercan Özəldir.
Partiyasını dəyişən hər iki bələdiyyə rəhbərini Prezident Rəcəb Tayyib Ərdoğan qəbul edib.