Dövlət Baxçalıdan yeni görüntü: Hələ yolun yarısındasan - FOTO


Fevral ayında tibbi əməliyyatla ürək qapağı dəyişdirilən MHP sədri Bahçeli əməliyyatdan təxminən 2 ay sonra işə başlayıb.

Turkustan.az xəbər verir ki, istirahətdən sonra Baxçalı əvvəlcə Türkeşin Beştəpədəki abidə məzarını ziyarət edib.

Baxçalının səhhəti ilə bağlı vəziyyəti hamını maraqlandırdığı anda MHP-dən diqqətçəkən bir yazı gəlib. Partiyanın rəsmi sosial media hesabında paylaşılan paylaşımda Baxçalının gəzdiyi anlar yer alıb. Yazıya "Dayanma, get, hələ yolun yarısındasan..." yazılıb.

MHP lideri Dövlət Baxçalı 10 il əvvəl dəyişdirilən ürək qapağındakı degenerasiya əlamətlərinə görə mart ayında əməliyyat olunub. Baxçalının xəstəxanada müalicəsinin ardından evdə istirahət etdiyi bildirilib. MHP əvvəlki açıqlamasında Baxçalının vəziyyətinin yaxşı olduğunu qeyd etmişdi.

Dövlət Baxçalıdan yeni görüntü: Hələ yolun yarısı var

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ