Lavrov: “İslam dünyası ilə etimada əsaslanan münasibətləri qoruyuruq”


Rusiyanın paytaxtı Moskvada Rusiya-İslam Dünyası Strateji Baxış Qrupunun nümayəndələri ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin səfirləri arasında görüş keçirilib.

Turkustan.az xəbər verir ki, görüşdə Rusiya xarici işlər naziri Lavrov, Rusiyaya bağlı Tatarıstan Respublikasının prezidenti Rustem Minnixanov və Rusiya baş nazirinin müavini Marat Hüsnullin də iştirak edib.

Lavrov buradakı çıxışında İƏT ilə əməkdaşlığa önəm verdiklərini ifadə edərək, “İƏT ilə aktual beynəlxalq məsələlərdə möhkəm və etibarlı dialoqumuz var” deyib.

Rusiya-İslam Dünyası Strateji Baxış Qrupunun Rusiya ilə İƏT münasibətlərində də mühüm rol oynadığını bildirən Lavrov, bu qrupun Rusiya ilə İslam dünyası arasında dostluq və etimadı gücləndirdiyini bildirib.

Rusiyada İslamı qəbul etmiş milyonlarla vətəndaşın olduğunu qeyd edən Lavrov bunları qeyd edib:

"Ölkəmiz İslam dünyası ilə ənənəvi olaraq etimada əsaslanan dostluq münasibətlərini qoruyub saxlayır. Bizi çox şeylər birləşdirir. Biz anlayırıq ki, kənardan yad dəyərlərin tətbiqi yolverilməzdir. Biz milli maraq və ənənələrə əsaslanan müstəqil xarici və daxili siyasət yürüdən ölkələrə birtərəfli qaydada sanksiyaların tətbiqinə qarşıyıq".

Nazir Lavrov may ayında Tatarıstan Respublikasının paytaxtı Kazanda 16-cı “Rusiya-İslam Dünyası: KazanForum” beynəlxalq iqtisadi forumunun keçiriləcəyi barədə məlumat paylaşıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ