HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları, Qəzzanın şərqindəki Tuffah məhəlləsində bir İsrail hərbi birliyini sıxışdıraraq tunelə salaraq hədəfə alan hücumda bəzi İsrail əsgərlərinin öldüyünü və yaralandığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Qəssam Briqadaları Telegram hesabından verdiyi açıqlamada, üzvlərinin Qəzzanın şərqindəki Tuffah məhəlləsində partlayıcı qurğunun olduğu tunelə bir qrup İsrail əsgərini cəlb etdiklərini və sonra tuneli işə saldıqlarını bildirib.
Açıqlamada partlayış nəticəsində İsrail əsgərləri arasında ölən və yaralananların olduğu qeyd edilib.
Aytən Yaşar/ Turkustan.az