Məlum olduğu kimi Rusiya Prezidenti Vladimir Putin Pasxa bayramı münasibətilə atəşkəs elan etdi. Rusiya tərəfi bütün döyüş əməliyyatlarını 19 aprel saat 18:00-dan 21 aprel saat 00:00-dək (Moskva vaxtı ilə) dayandırdı. Lakin Rusiya elan etdiyi bu atəşkəsə özü əməl etmədi, əksinə hücumları daha da intensivləşdirdi.
Turkustan.az xəbər verir ki, aprelin 21-nə keçən gecə də artıq “Pasxa atəşkəs”i başa çatdıqdan dərhal sonra Rusiya Ukraynaya kamikadze dronları və raketlərlə hücumlarına davam etdi.
Maraqlıdır görəsən 2 ölkə arasındakı sülh prosesi niyə dalana dirənib? Putinin atdığı bu addım Trampa meydan oxumaq idi? Yəni, mən sənin atəşkəs təklifinlə razılaşmıram, özüm istəsəm, atəşkəs elan edə bilərəm? Turkustan olaraq sualımızı siyasi şərhçi Məhəmməd Əsədullazadəyə ünvanladıq.
Bəli, Rusiya və ABŞ arasında danışıqlar prosesi sanki dalana dirənib. Rusiya və Ukrayna arasında pasxa bayramına görə 30 saatlıq atəşkəs rejimi bitdi. Rusiya kütləvi şəkildə Ukraynanın mülki infrastrukturuna dron və raketlərlə hücuma başladı.
Donald Trampın 30 günlük atəşkəs tekkifi Kreml tərəfindən qəbul edilmir. ABŞ Dövlət katibi nəticəsiz danışaqları uzun müddət aparmayacaqlarını Kremlin diqqətinə çatdırıb. Trampın 100 günlük prezidentlik müddəti başa çatıb, amma atəşkəsə nail ola bilməməsi məhz Kremlin mövqeyindən asılıdır. Putin bununla Trampın reputasiyasına ciddi zərbə vurmuş oldu. ABŞ Ukrayna ilə bağlı Avropa ilə birgə çıxış etməsi mümkün görünür.
Tramp çalışdı ki, Avropasız Putinlə danşsın, Putin isə Trampdan Avropanı istədi. Nəticədə danışıqlar fiaskoya uğradı. ABŞ prezidenti Ukraynaya daha geniş şəkildə hərbi yardımlar göndərərsə, Putini fakt qarşısında qoyub, güzəştli atəşkəs masasında əyləşdirə bilər. Pentaqon və Ag Ev də bununla bağlı ciddi müzakirələrin getməsi istisna deyil. Rusiya ilə diplomatik danışıqların nəticəsiz olduğu aydın şəkildə müəyyən edildi.
Aytən Yaşar/ Turkustan.az